Azərbaycanlı “Berlinale Talents” proqramında

Fevralın 15-dən 25-dək Almaniyada 68-ci dəfə dünyanın ən nüfuzlu Berlin Beynəlxalq Film Festivalı keçiriləcək.

Xalqqazeti.com AZƏRTAC –a istinadən xəbər verir ki, azərbaycanlı kino mütəxəssisi Səmayə Əsgərova fevralın 17-dən başlayaraq festival çərçivəsində Almaniyada baş tutacaq “Berlinale Talents” beynəlxalq kino təhsili proqramına qəbul olunub. O, “Cinemazadeh” kinoşirkətinin dəstəyi ilə təhsil proqramının “Kino bazarı” kurslarında filmlərin peşəkar satışı və yayımı sahəsində təhsil alacaq 10 mütəxəssisdən biridir. Həmyerlimiz bu kurslarda intensiv təhsil üçün 133 ölkədən təqdim edilən 3100 ərizəçi arasından seçilib. Qeyd edək ki, kurslar bu sahə üzrə dünyanın ən qabaqcıl kino mütəxəssisləri tərəfindən aparılır.

Səmayə Əsgərova, təmsil etdiyi ölkə üzrə film satışı və yayımı mövzusunda çıxış edəcək 3 iştirakçıdan biridir. Festival çərçivəsində keçirilən Avropa Film Marketində iştirak edəcək

 

                                                                                                                                                                                                                                          Anar TURAN, 
"Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında