Vilnüs şəhərində Qəbələ rayonunun təqdimatı keçirilmişdir

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Litvadakı səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşmişdir.

Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, xarici ölkələrin Litvada yerləşən səfirliklərinin, yerli turizm şirkətləri və bir sıra digər təşkilatların nümayəndələri iştirak etmişlər.

Mərasimdə Qəbələ rayonunun müasir həyatı, tarixi abidələri və rayonun turizm potensialından bəhs edən videoçarx nümayib olunmuşdur. Həmçinin tətbiqi sənət, milli mətbəx nümunələri sərgilənmişdir.

Tədbirdə bir sıra Azərbaycan bəstəkarlarının, o cümlədən Qara Qarayev, Fikrət Əmirovun əsərləri, eləcə də xalq mahnıları səslənmişdir.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq  qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında