Gürcüstanda Zəlimxan Yaqubun xatirəsi anılıb

   Gürcüstanın Marneuli rayonunda Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Bu  barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər.

   Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) təşəbbüsü və Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevin dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanın və Türkmənistanın bu ölkədəki səfirləri Dursun Həsənov və Dövlətmurad Muradov, Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze, deputatlar, digər rəsmi şəxslər iştirak etmişlər.

   GAK-ın sədri Hüseyn Yusubovun açılış sözündən sonra deputat Ruslan Hacıyev Z.Yaqub haqqında xatirələrini danışaraq, Xalq şairinin Azərbaycan-Gürcüstan dostluğunun inkişafında xidmətlərini qeyd etmişdir. Qubernator Qriqol Nemsadze Zəlimxan Yaqubun gürcü şairi Şota Rustaveliyə həsr etdiyi şeiri yada salaraq, şairin gürcü xalqının qəlbində yaşayacağını bildirmişdir.

   Türkmənistanın Gürcüstandakı səfiri Dövlətmurad Muradov bildirib ki, onun ölkəsində də Zəlimxan Yaqubu çox sevirlər, onun şeirləri türkmən dilinə tərcümə olunaraq kitab halında çap olunmuşdur. Z.Yaqub türk dünyasının şairidir.

   Azərbaycanın Əməkdar mədəniyyət işçisi Musa Nəbioglu, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsaq Novruzov və başqaları Z.Yaqub haqqında xatirələrini bölüşmüşlər.

   Tədbirdə Zəlimxan Yaqubun şeirləri və sözlərinə bəstələnmiş mahnılar səslənmişdir.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında