Görkəmli bəstəkarın sənədləri elektron kataloqda

Azərbaycan musiqi sənətinin tanınmış simalarından olan  görkəmli bəstəkar, pedaqoq, xalq artisti  Qara Qarayevin 100 illik yubileyinə töhfə olaraq AMEA Mərkəzi Elmi Kitabxanasında bəstəkara aid bütün sənədlər elektron kataloqa daxil edilərək rəqəmsallaşdırılıb.  Sənədlər  elektron formatda oxucuların istifadəsinə verilib. Bəstəkara  aid rəqəmsal baza M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına da hədiyyə olunub. Bəstəkarın bütün not əsərləri, haqqında yazılmış kitablar MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

Qeyd edək  ki, Milli Rəqəmsal Yaddaş layihəsinin məqsədi Azərbaycanın qədim mədəniyyəti, tarixi, bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında