Azərbaycan– Almaniya: mədəniyyət və turizm sahəsində əməkdaşlıq

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniyanın “Wieseconsult” şirkətinin rəhbəri Xayno Vize ilə görüşüb. Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparılmışdır.

Nazir Almaniyada Azərbaycanın turizm potensialının təbliği üzrə aktiv fəaliyyət aparıldığını, mütəmadi olaraq mədəniyyət və turizm tədbirlərində ölkəmizin təmsil olunduğunu qonağın diqqətinə çatdırmışdır. Ölkəmizdə alman turistlərini maraqlandıran turizm məhsulları və növlərinin mövcud  olduğunu bildirən nazir, gələcəkdə də bu işlərin davam etdirilməsi üçün qarşılıqlı iki ölkənin turizm şirkətləri ilə görüşlərin keçirilməsini təklif etmişdir. Nazir “ASAN viza” sisteminin tətbiqinin ölkəmizə gələn turistlər üçün çox əlverişli və rahat olmasından da söhbət açmışdır.

Qonaq səmimi qəbula görə nazirə təşəkkürünü bildirmiş və Azərbaycanla birgə əməkdaşlıqdan yüksək məmnunluq hissini ifadə etmişdir. Azərbaycanın turizm istiqamətində ən əlverişli şəraitə, müasir arxitektura, gözoxşayan landşafta və mədəni sərvətlərə malik olmasından xəbərdar olduğunu bildirən “Wieseconsult” şirkətinin rəhbəri Xayno Vize ölkəmizin turizm potensialının Almaniyada təbliğ olunmasında müxtəlif  birgə layihələrin həyata keçirilməsi üçün işçi qaydada müzakirələr aparılacağını qeyd etmişdir. O, 2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunmasından söz açmış, Azərbaycanın qərb bölgəsindəki  alman məskənlərində ikitərəfli tədbirlərin bundan sonra da həyata keçiriləcəyini bildirmişdir.

M.MÜKƏRRƏMOĞLU

 “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında