Türkiyənin tanınmış söz-saz adamları Azərbaycanda

Azərbaycan--Türkiyə ədəbi əlaqələri çərçivəsində Türk Ədəbiyyat Vəqfinin (TƏV) geniş nümayəndə heyəti ölkəmizə səfərdə olub. 

Azərbaycan Yazıçılar Birliyi (AYB) və Türkiyənin Azərbaycandakı Səfirliyinin mədəniyyət müşavirliyinin birgə həyata keçirdiyi layihədə məqsəd hər iki ölkə arasındakı ədəbi əlaqələri daha da inkişaf etdirmək, dəyərli söz-sənət adamlarını yaxından tanıyıb-tanıtmaqdır. 
 

Səfər zamanı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral TƏV rəhbərliyini qəbul edib. Qonaqlar AYB-nin sədri, Xalq yazıçısı Anarla, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Atatürk Mərkəzinin müdiri, Milli Məclisin üzvü, akademik Nizami Cəfərov ilə də görüşüblər. Tərəflər Azərbaycan--Türkiyə ədəbi-mədəni əlaqələrinin möhkəmləndirilməsi və  əməkdaşlıq məsələlərini müzakirə edib, müqavilələr imzalayıblar.

Türkiyənin böyük ədəbiyyatşünası Əhməd Kabaklının Azərbaycan dilinə uyğunlaşdırılmış “Yunus Əmrə”, görkəmli Azərbaycan yazıçısı və ədəbiyyatşünası Mir Cəlalın “Kəmtərovlar ailəsi” və Xalq yazıçısı Anarın “Yaxşı padşahın nağılı” kitablarının səfər çərçivəsində birgə təqdimat mərasimləri keçirilib.

Rəşid Behbudov adına Mahnı Teatrında Əhməd Kabaklının xatirəsinə həsr olunmuş ədəbi-bədii mərasimdəTürkiyənin məşhur xalq sənətçisi Əsəd Kabaklı və Azərbaycanın Əməkdar artisti Mehriban Zəki hər iki ölkədə populyar olan məfkurə mahnı və şeirlərini ifa ediblər.

Üçşgünlük səfərin sonuncu günü Türkiyə sənətçiləri Sumqayıt Poeziya evində keçirilən görüşdə iştirak ediblər.

Hazırladı:
T. AYDINOĞLU

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında