Ədəbiyyat İnstitutunda Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ilə görüş

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türk Ədəbiyyatı Vəqfinin nümayəndə heyəti ilə görüş keçirilib.  Məlumat Ədəbiyyat İnstitutundan  verilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinə toxunub. Akademik bildirib ki, iki qardaş ölkə arasında münasibətlər daim yüksələn xətlə davam edir.

     İsa Həbibbəyli Türk Ədəbiyyatı Vəqfi ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə elmi əməkdaşlığına da toxunub. AMEA-nın vitse-prezidenti   Azərbaycanda Türkiyə ədəbiyyatının yığcam tanıtma kitabının çapının zəruri olduğunu bildirib, eyni zamanda, ortaq konfransların keçirilməsi, jurnalların nəşri barədə də təkliflərini verib.

Türk Ədəbiyyatı Vəqfinin rəhbəri Serhat Kabaklı bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən   türk dünyası ədəbiyyatı nümunələrinin artıq bir neçə kitabı nəşr edilərək oxuculara çatdırılıb.

 Sonra çıxış edən professor Ramazan Qorxmaz, İmdat Avşar, vəqfin idarə müdiri Əhməd Ünlü, idarə heyətinin üzvü Erol Ürgen, Şener Buludar Azərbaycan-Türkiyə elmi və ədəbi əməkdaşlığının xüsusiyyətlərindən söz açıb.

İki qardaş xalq arasında elmi-ədəbi əməkdaşlığın inkişafında çoxşaxəli fəaliyyətinə görə akademik İsa Həbibbəyli Türk Ədəbiyyatı Vəqfinin təşəkkürnaməsi ilə təltif edilib.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında