Vilnüsdə görkəmli bəstəkar Qara Qarayevin xatirəsi anılıb

 Vilnüsdə dahi  bəstəkar  Qara Qarayevin 100 illiyinə həsr  olunmuş tədbir keçirilib.  Tədbirdə Azərbaycanın Litvadakı müvəqqəti işlər vəkili Atəş Qırxıyev Qara Qarayevin həyat və yaradıcılığından  söz açıb.  Dünya şöhrətli bəstəkarın  musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən danışıb.

Konsert proqramı Litva Musiqi və İncəsənət Akademiyasının dosenti Yudita Leitaite və Balys Dvarionas Musiqi Məktəbinin direktoru Laimute Ujkuraitienenin dəstəyi ilə təşkil olunub.  Konsert proqramında Q.Qarayevin  əsərləri ilə yanaşı bir sıra bəstəkarların əsərlərinə də müraciət edilib.

Litvanın tanınmış müğənnisi Yudita Leitatitenin də iştirak etdiyi konsertdə dahi bəstəkarın “Altı pyes” silsiləsindən “Kiçik hekayə”, “Usandırıcı fikir”, “Dağlarda”, “Unundulmuş vals”, həmçinin “Kiçik vals”, “Pavana” əsərləri, habelə skripka və fortepiano üçün sonatina, süita və kantatalarından nümunələr ifa edilib.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında