"Könüldən könülə " adlı musiqili poeziya gecəsi

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində "Könüldən könülə " adlı musiqili poeziya gecəsi keçirilib. Gecənin təşkilatçıları Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin məzunları və hazırda Ü.Hacıbəyli adına BMA-nın tələbələri,  Prezident təqaüdçüsü , Respublika və Beynəlxalq müsabiqələr laureatları Nərgiz Hüseynzadə (skripka), Mədinə Bağırova (fortepiano) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, bədii qiraət üzrə Respublika və Beynəlxalq müsabiqələrin qalibi Hüseynağa Aslanov olublar.

İstedadlı gənc tələbələrin bu musiqili poeziya gecəsini təşkil etmələrində məqsəd gənclərdə klassik musiqiyə, eləcə də sözə, poeziyaya daha çox diqqət, maraq artırmaqdır.Musiqili poeziya gecəsi tamaşaçılara rəngərəng və maraqlı proqramla təqdim olunub.

Bədii qiraət üzrə Hüseynağa Aslanov klassik və müasir ədəbiyyatımızdan şeirlər söyləyərək Məhəmməd  Füzuli, Seyid Əzim Şirvani, Əliağa Vahid, Zeynal Cabbarzadə, həmçinin dövrümüzün ədibləri Rəna Mirzəyeva, Rəziyyə Məmmədova və başqalarının  yaradıcılıqlarına müraciət edib.

Səmimi alqışlarla qarşılanan gecə tamaşaçıların könüllərində xoş bir təəssürat yaradaraq yüksək səviyyədə keçib.Tədbirdə musiqi və incəsənətimizin görkəmli nümayəndələri,  qonaqlar da iştirak ediblər.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında