“İnternational Policy Digest”: “... Kərim Kərimovun televiziyada ancaq səsi yayımlanırdı”

“İnternational Policy Digest”  saytı  ölkəmizin kosmonavtika və peyk texnologiyalarının perspektivləri barədə məqalə dərc edib. “Azərbaycan kosmosa baxır” adlı məqalədə müəlliflər Fuad Ələkbərov və Robert Inglis hələ sovet dövründə Azərbaycanın da kosmonavtika sahəsində fəallığından bəhs ediblər. Məqalədə qeyd edilir ki, Sovet dövründə kosmonavtikanın  inkişafında həmyerlimiz Kərim Kərimovun fəaliyyətinə geniş yer ayrılıb. Bildirilir ki, o dövrdə ictimaiyyətə az məlum olsa da, məhz bu cür azərbaycanlı mütəxəssislərin timsalında  Azərbaycan xalqının  bu sahədə uğurların əldə olunmasında əməyi var.

“1987-ci ilə qədər çox azərbaycanlı bilmirdi ki, sovet kosmonavtikasında əsas vəzifələrdən birini yerinə yetirən şəxs onların həmyerlisidir. Kərim Kərimovun Yuri Qaqarinin kosmosa ilk uçuşundan tutmuş  “Mir” kosmik stansiyasına qədər (1986)  bütün böyük əhəmiyyətli kosmik missiyalarda iştirak etməsinə baxmayaraq, televiziya kameraları həmişə komonavta yönəlirdi, raport verilən  şəxsə yox.  Kərim Kərimovun ancaq səsi yayımlanırdı.”

Məqalədə həmçinin qeyd olunur ki, Marsda iki kraterin adı Azərbaycanla bağlıdır. Birincisi, “Qırmızı planet” olan Marsı tədqiq etmiş astronom Nadir İbrahimovun adına verilmiş İbrahimov  krateri, ikinci isə sözügedən astronomun doğulduğu rayonun şərəfinə “Quba” krateri (1975) adlanıb. 1977-ci ildə həmçinin ABŞ-ın NASA-ya aid Voyager 1 peyki ilə Azərbaycan muğamı “Voyager” qızıl plastinkasının içərisində kosmosa göndərilməsi müəlliflər tərəfindən xüsusi vurğulanır.

 Məqalədə qeyri-neft sektorunun inkişafı fonunda dövlətin,  həmçinin informasiya texnologiyaları, kosmik rabitə vasitələrinin   inkişafına olan diqqətindən bəhs edilir.

Əfsanə Bayramqızı,
“Xalq qazeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında