Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan “Muğam aləmi” festivalı keçiriləcək

Martın 7-dən 15-dək Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Milli Konservatoriya və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək.  2009-cu ildən başlayaraq keçirilən festival bu dəfə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Festivalın açılış konserti  martın 7-də Heydər Əliyev Sarayında keçiriləcək. Əməkdar incəsənət xadimi, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin çıxışları olacaq. Açılış konsertinə bəstəkar Müslüm Maqomayevin “Nərgiz” operasından uzun illərdir səslənməyən ariya da daxil edilib.

Simpoziumun rəsmi açılışı AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olacaq, daha sonra tədbir iki gün Gəncədə davam edəcək. Bundan əlavə, proqrama Üzeyir Hacıbəylinin “Koroğlu” operası, Marionet Teatrının “Leyli və Məcnun”, Qara Qarayevin 100 illik yubileyi ilə əlaqədar bəstəkarın “Yeddi gözəl” baletinin tamaşaları da daxil edilib. Bəstəkarın yubileyi ilə əlaqədar festival çərçivəsində məruzələr təqdim olunacaq. “Muğam sənətində azərbaycançılıq məfkurəsi” və “Qara Qarayevin əsərlərində muğamın təcəssümü və izləri” əsas mövzular olacaq.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında