Azərbaycana gələn turistlərin sayı artıb

Yanvar ayında ölkəmizə gələn əcnəbi turistlərin sayı 185 min nəfəri keçmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artım deməkdir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Azərbaycana gələn vətəndaşların sayına görə üstünlük təşkil edən ölkələr qonşu ölkələr olan Rusiya Federasiyası (59 990 nəfər), Gürcüstan (45 679 nəfər), Türkiyə (24 276) və İran İslam Respublikası (13 437 nəfər), həmçinin Birləşmiş Ərəb Əmirlikləri (8 265 nəfər) olmuşdur. Bu 5 ölkədən gələnlərin sayı bütövlükdə xarici turistlərin 82 faizini təşkil edir.

Ötən ilin yanvar ayı ilə müqayisədə say etibarilə daha yüksək artımın müşahidə edilən ölkələr Türkiyə (5 379 nəfər), Gürcüstan (4 480 nəfər), Rusiya Federasiyası (3 774 nəfər) və BƏƏ (2 869 nəfər) olmuşdur. Bu ölkələrdən gələnlərin sayındakı artım cəmi 16 502 nəfər təşkil etmişdir ki, bu da ümumi artımın 61 faizini təşkil etmişdir.

Keçən ilin yanvar ayı ilə müqayisədə faiz etibarilə daha yüksək artımın müşahidə edildiyi ölkələr isə Küveyt, Pakistan, Hindistan və Qətər olmuşdur.

Ölkəmizə gələn xarici turistlərin 130 118 nəfəri (69,9 faiz) kişi, 55 795 nəfəri (30,1 faiz) isə qadın olmuşdur.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında