Hüseyn Cavidin “Ana” əsəri tamaşaya hazırlanır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 2018-ci il  üçün daha bir yeni tamaşanın məşqləri start götürüb. Bu dəfə teatrın yaradıcı heyəti böyük dramaturq və şair  Hüseyn Cavidin “Ana” pyesinin tamaşası ilə çıxış edəcəkdir.

“H. Cavid dramaturgiyası, onun qəhrəmanlarının həyatı və geniş dünyagörüşü kollektiv və tamaşaçı kütləsi tərəfindən həmişə böyük sevgi və məhəbbətlə yad olunur. Çünki Cavidin qəhrəmanları, onun fəlsəfəsi insanı daima düşündürür, onu sanki  saflaşdırır. Ümid edirəm ki, “Ana” tamaşası da teatrımızın repertuarında özünə möhkəm yer tutacaq, uzun illər sevgi ilə baxılacaq. Bu tamaşa həm də teatrmızın istedadlı aktrisası, Əməkdar artist Nübar Novruzovanın 60 illik yubileyi ilə əlaqədar aktrisanın benefis-tamaşası olacaqdır”-  deyə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov ilk məşq günü yaradıcı heyətə xeyir-dua verərkən söyləmişdir.

Yeni səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiya respublikalarının Əməkdar incəsənət xadimi Bəhram Osmanov,  quruluşçu rəssamı Telman Şıxıyev,  musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.

Tamaşanın premyerası aprel ayında keçiriləcək.

 

M.MÜKƏRRƏMOĞLU

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında