Dövlət Akademik Filarmoniyasında Qara Qarayevin anadan olmasının 100 illik yubileyi

Müslüm Maqomayev adına  Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayevin anadan olmasının 100 illik yubileyi qeyd olunub. Yubiley gecəsində dövlət və hökumət rəsmləri, tanınmış elm və mədəniyyət xadimləri  iştirak ediblər.  Rəsmi açlışdan əvvəl  Filarmoniyanın foyesində görkəmli bəstəkarın ömür yolundan bəhs edən fotosərgi nümayiş edilib.

Mərasimdə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək bildirib ki, Qara Qarayevin  100 illiyi  ölkəmizdə silsilə tədbirlərlə qeyd edilir. Xalq yazıçısı deyib ki,  Qara Qarayev qədər mütaliəsi olan, onun qədər kitabı, yəni mütaliəni sevən çox az adama rast gəlmişəm. O, klassik dünya ədəbiyyatı, XX əsr ədəbiyyatına da dərindən bələd idi. Söhbətlərində tez-tez Folknerə, Bulqakova, Mandelştama, Nazim Hikmətə, Remarka və bir çox başqalarına istinad edirdi. O,insanların qəlbində əbədi taxt qurub. Dünyanın bir çox səhnələrində, konsert salonlarında səslənən musiqilərində yaşayır və bu, əlbəttə, onun ruhunu şad edir.

Yubiley mərasimində Qara Qarayevin klassik Süita (4 hissədə), 2 saylı Simfoniya, violin və simfonik orkestr üçün Konsert (3 hissədə) və Simfonik orkestr və xor üçün “Qoya” simfoniyası (3 hissədə) səsləndirilib.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında