Media nümayəndələri “Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” təlimində

BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə media nümayəndələrinin daha yaxından tanış olması,  eləcə də bu mövzuları işıqlandıran jurnalist, blogger və digər yaradıcı insanların  bacarıqlarının inkişaf etdirilməsi olduqca aktualdır. Belə olan halda, hazırlanan xəbər reportajları, televiziya və radio verilişləri, habelə sosial çarxlar, məqalələr audivizual effektlərin, multimedianın texniki üstünlükləri, infoqrafikanın köməyi ilə auditoriyaya daha böyük təəssürat oyadır.

Bu fikirlər 70-ə yaxın media nümayəndəsi, bloqqer, vlogger və müstəqil jurnalistləri bir araya gətirən  BMT-nin İnkişaf  Proqramının  “Jurnalistika və Dayanıqlı İnkişaf  Məqsədləri” adlı təlimdə səsləndirildi.

Tədbiri giriş sözü ilə açan BMT-nin Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai BMT-nin  Dayanıqlı İnkişaf Məqsədləri barədə ətraflı məlumat verdi və bu barədə daha geniş auditoriyaya çatdırılmasında medianın rolunun böyük olduğunu vurğuladı. O, həmçinin Azərbaycan hökümətinin DİM ilə bağlı BMT ilə sıx və səmərəli əməkdaşlıq etdiyini qeyd etdi.

BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin kommunikasiya və media ilə əlaqələr üzrə mütəxəssisi Nikolas Douillet təqdimat zamanı DİM-ə daxil olan mövzuların işıqlandırılması zamanı auditoriyanın düzgün müəyyən edilməsi, materialın effektivliyini artırmaq üçün mümkün texniki imkanlardan səmərəli istifadə olunması və cəmiyyətə çatdırılan mesajın doğru müəyyən edilməsi barədə məlumat verdi. Onun praktiki tapşırıqları və məsləhətləri  iştirakçılarda əyani təsəvvür yaratdı.

Tədbir zamanı İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak  Dayanıqlı İnkişaf Məqsədlərinin Azərbaycanda icra olunması, bu sahədə nailiyyətlər və gələcək perspektivlər haqqında,  Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının Katibliyinin rəhbəri Hüseyn Hüseynov “Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanın mövqeyi” adlı məruzə ilə  çıxış etmişlər. Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin  Azərbaycan mediası ilə bağlı çıxışı da maraqla qarşılandı. 

Təlimin ikinci hissəsində BMT-nin DİM siyahısına daxil etdiyi mövzular üzrə hazırlanan təqdimatların müzakirəsi keçirildi.

Sonda iştirakçılar sertifikatlarla təltif edildilər və xatirə şəkli çəkdirdilər.

Qeyd edək ki, təlim proqramı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə həyata keçirdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasına dəstək və milli inkişaf planlarının DİM-lərə uyğunlaşdırılması ”layihəsinin tərkib hissəsidir.  Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş təlim kursu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının maliyyə dəstəyi və Mətbuat Şurasının təşkilati dəstəyi ilə həyata keçirilib.

Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə yönəlmiş silsilə tədbirlərin həyata keçirilməsinin mühümlüyünü nəzərə alaraq, BMT-nin İnkişaf Proqramı Azərbaycanda bu tip tədbirləri  gələcəkdə də davam etdirməyi planlaşdırır.

 

            Əfsanə BAYRAMQIZI,

            “Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında