Qara Qarayevin 100 illik yubileyinə həsr olunur

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan bəstəkarı, pedaqoqu və ictimai xadimi, Azərbaycan EA-nın akademiki, SSRİ xalq artisti, Dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.        

 Yubiley mərasimində Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, musiqi ictimaiyyəti, Azərbaycan Bəstəkarlar İttifaqının, Bakı Musiqi Akademiyasının, musiqi məktəblərinin, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri iştirak etmişlər.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova  giriş sözü ilə çıxış etmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva XX əsr ümumbəşər   musiqi mədəniyyətinin nadir simalarından biri olan  məşhur bəstəkarın həyat və fəaliyyəti, əsərləri haqqında söz açmışdır.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə operalar,baletlər,kamera,orkestr, fortepiano,vokal-simfonik, kantata, oratoriya və digər janrda əsərlər yazmış dünya şöhrətli bəstəkarın çoxcəhətli yaradıcılığı, dərin məzmunlu, zəngin, milli gercəklik hüdüdlarından kənara çıxan, böyük ümumiləşdirmə qüvvəsinə malik əsərlərinin dünya əhəmiyyətindən danışmışdır.

Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahova Qara Qarayev haqqında yazdığı kitab ilə bağlı xatirələrini söyləmişdir.

Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, pianoçu Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Triosu, Azərbaycan Musiqili Teatrının solisti, əməkdar artist Nərgiz Kərimova, Bakı Musiqi Akademiyasının tələbəsi Mahir Tağızadə, BMA-nın müəllimi Dilarə Kərimova, Beynəlxalq Müsabiqələr laureatı Nərminə İsmayılova, Əsmər Qəhrəmanovanın ifalarında Qara Qarayevin əsərlərindən ibarət konsert proqramı təqdim edilmişdir. 

Muzeyin zəngin arxiv materialları əsasında hazırlanmış “Qara Qarayev -100” fotosərgisi və slayd-şou nümayiş olunmuşdur.
 

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında