Cövdət Hacıyevə həsr edilən “Florida Keys” beynəlxalq müsabiqəsi

Bu ilin əvvəlində görkəmli bəstəkarımız  Cövdət Hacıyevə həsr olunmuş birinci “Florida Keys” beynəlxalq musiqi müsabiqəsinin rəsmi açılışı olub. Müsabiqənin təşkilatçısı Florida ştatında Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası yanında təhsil və mədəniyyət komitəsinin sədri,  bəstəkarın qızı Pərvin Muradovadır.

Bu müsabiqənin keçirilməsində məqsəd dünyanın hər yerindən istedadlı pianoçuların üzə çıxarılması və təbliğidir. Müsabiqə musiqiçilərə Nyu-Yorkun məşhur “Carnegie Hall” məkanında çıxış etməyə imkan verir. Həmçinin  təşkilatçıların məqsədi Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdır.

Qeyd edək ki, iştirakçılar  öz çıxışlarını onlayn təqdim etməlidirlər. Bu, yol xərci ödəmədən musiqi yarışında iştirak etməyə imkan yaradır. Müsabiqə qaliblərin pul mükafatları veriləcək. Müsabiqənin finalı noyabrın 17-də “Carnegie Hall”da keçiriləcək.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında