Mərakeş səfiri Musiqili Teatrda

Mərakeş Krallığının ölkəmizdəki fövqaladə və səlahiyyətli səfiri cənab Məhəmməd Adil Embarş Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Qurumun mətbuat xidmətindən bildirilib ki, mötəbər qonağı teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə ölkələr arasında qarşılıqlı mədəni əlaqələrdən söhbət açılıb, yaradıcılıq mübadiləsini inkişaf etdirmək üçün yaxın gələcəkdə qarşılıqlı səfər və qastrolların təşkili məsələlərinə toxunulub. Hörmətli qonağa Musiqili Teatrın tarixi, yüksək memarlıq üslubu ilə yenidən qurulan inzibati binası, yaradıcı heyətin bugünkü fəaliyyəti və digər məlumatları çatdıran Əliqismət Lalayev səmimi keçən söhbət zamanı "ümüdvaram ki, sizin vasitənizlə ölkələrimiz arasındakı qarşılıqlı mədəni əlaqələr genişlənib daha da inkişaf edəcək"- deyə bildirib.

Cənab Məhəmməd Adil Embarş Azərbaycan Dövlət Musiqili Teatrının direktoru Ə.Lalayevə səmimi söhbətə və qəbula görə təşəkkür edib. "Teatrınızın qeyri adi və möhtəşəm memarlıq üslubu var. Burada yaradılmış şəraitdən hiss olunur ki, sizin ölkənizdə incəsənətin bu sahəsinə çox yüksək qiymət verilir. Əminəm ki, bundan sonra Mərakeş və Azərbaycan arasında qarşılıqlı mədəni əlaqələrin inkişafında teatrınızın da özünəməxsus yeri və əhəmiyyətli rolu olacaq. Tolerantlıq və stabilliyi ilə digər ölkələrə nümunə ola biləcək Azərbaycanın mədəni inkişafı teatrınızın göz oxşayan binasının ən xırda detallarında belə açıq-aydın görünür. Teatr binası nağıllar aləmini xatırladır". O, söhbətini davam etdirərək, ölkə başçısı cənab İlham Əliyev və onun xanımı Mehriban Əliyevanın incəsənətin bütün sahələrinə, xüsusən, ecazkar muğam və teatr sənətinin inkişafına dəstək olduğunun canlı şahidi olduğunu vurğulayıb.

Daha sonra cənab səfir böyük dramaturq, Xalq Yazıçısı İlyas Əfəndiyevin "Mənim günahım" pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşaya baxıb.

SSRİ xalq artisti, dahi bəstəkar Qara Qarayevin əbədiyaşar musiqilərindən istifadə olunmuş bu səhnə əsərindən zövq aldığını və böyük məmuniyyətlə tamaşalara baxmağa gələcəyini bildirən səfir belə görüşlərin müntəzəm keçirilməsinin vacibliyini qeyd edib.

 

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında