ABŞ-ın Boston şəhərində “Əli və Nino” filminin təqdimatı olub

ABŞ-ın Boston şəhərinin  Tafts Universitetində “Əli və Nino” filminin təqdimatı keçirilib.  Təqdimat mərasimi Azərbaycanın ABŞ-dakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.  Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilib.  Səfirlikdən verilən məlumata görə, tədbirdə  universitetin kollektivi, Bostonda yaşayan Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Tafts Universiteti “Fletçer” Hüquq və Diplomatiya Məktəbinin professoru Rokford Veitz ölkəmizin strateji əhəmiyyətinə toxunub. Həmçinin “Əli və Nino” əsərinin tarixi əhəmiyyətini və bugünkü aktuallığı haqqında danışıb.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bildirib  ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi dövlət tərəfindən yüksək seviyyədə qeyd edilir. Səfir vurğulayıb ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb. Elin Süleymanov Azərbaycanın həyata keçirdiyi xarici siyasətdən, o cümlədən irimiqyaslı regional layihələrdən, “Cənub” qaz dəhlizindən danışıb, habelə torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunması və işğalçı dövlətin soydaşlarımıza qarşı apardığı etnik təmizləmə siyasəti haqqında mərasim iştirakçılarına məlumat verib.

Diplomat həmçinin bildirib  ki, “Əli və Nino” filmi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ərsəyə gəlib. Film  yüksək keyfiyyəti ilə seçilir və aktyorlar olduqca   istedadlıdır.

Film böyük maraqla qarşılanıb və tamaşaçılarda  yüksək təəssürat yaradıb.

Ü. VAHİDQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında