Hindistanla turizm əlaqələri genişlənir

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilk dəfə olaraq Dehli şəhərində keçirilən Beynəlxalq Turizm Sərgisi – SATTE 2018 sərgisində iştirak edib. Sərgidə Azərbaycanı assosiasiyanın üzvü olan 20 yerli turizm şirkəti təmsil edir.

Sərgi çərçivəsində Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) arasında  əməkdaşlıq haqqında memorandum imzalanıb.

Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov imzalama mərasimi zamanı qeyd edib ki, bu əməkdaşlıq qarşılıqlı turizm axınının artımına, həmçinin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına təkan verəcək.

İmzalanma zamanı,  həmçinin Razeen Hasanın Azərbaycan Turizm Assosiasiyasının Hindistanda nümayəndəsi seçilməsi məsələsi müzakirə olunub və təsdiqlənib.

Görüşün nəticəsi olaraq assosiasiya rəhbərlərinin növbəti görüşünün may ayında Bakıda keçirilməsi qərara alınıb.

Qeyd edək ki, Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) 1951-ci ildə 12 aparıcı turizm şirkəti tərəfindən təsis edilib. Hazırda assosiasiyanın  2500-dən çox üzvü var. Təşkilatın üzvləri sırasına dövlət və qeyri- dövlət təşkilatları  daxildir.

M.MÜKƏRRƏMOĞLU,
  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında