Qara Qarayevin 100 illik yubiley tədbirləri

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayev xalqımızın bəşər mədəniyyətinə bəxş etdiyi özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərdəndir.

Novator sənətkar kimi o, qədim milli musiqi irsinin ənənəvi klassik və ən müasir formalarından istifadə edərək çox sayda monumental əsərlər meydana gətirib. Həyat və zaman haqqında dərin fəlsəfi düşüncələri bütün vüsəti ilə yüksək professional səviyyədə əks etdirən həmin ecazkar sənət nümunələri insanı əxlaqi-mənəvi kamilliyə çağırır.

Məlum olduğu kimi, bu ay  böyük sənətkarın 100 illik yubileyi tamam olur. Azərbaycan Prezidenti yubileyin yüksək səviyyədə keçirilməsi üçün xüsusi sərəncam imzalamışdır. Həmin sərəncama uyğun olaraq,  fevralın 1-də P.İ. Çaykovski  adına Moskva Dövlət Konservatoriyasının kiçik zalında Qara Qarayevin 100 illik yubileyinə həsr olunan kamera konserti keçirilib. Konsertin təşkilatçısı  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.

Konsert proqramında vokalçı Yevgeni Astafurov, pianoçu Olqa Domnino, skripkaçı Yelena Reviç və digər tanınmış musiqiçilər iştirak etmişlər.

 

*  *  *

 

Azərbaycanın paytaxtının  və  bölgələrin mədəniyyət  və  təhsil müəssisələrində yubileylə bağlı tədbirlər davam edir. Mingəçevir Turizm Kollecində görkəmli bəstəkarın yubileyi münasibətilə silsilə tədbirlər keçirilir. Bu tədbirlərə kollecin kitabxanasında təşkil olunan oxucu konfransı ilə start verilmişdir. “Bəstəkar Qara Qarayev nəslinin mədəniyyət və incəsənətimizin, dövlətçiliyimizin tərəqqisində  mövqeyi” adlı konfransda pedaqoqlarla yanaşı, əyani və qiyabi şöbələrin tələbələri də iştirak  etmişlər. 

Kollecdə  təşkil edilmiş  “Qara Qarayev yaradıcılığı rəssam  tələbələrin  fırçasında”  adlı rəsm sərgisində istedadlı  tələbələrin  əl işləri nümayiş etdirilmişdir.

 

 

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında