Regional turist marşrutları xəritəsi

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə rus və ingilis dillərində Şamaxı və İsmayıllı rayonlarını əhatə edən  regional turist marşrutları xəritəsi hazırlanmışdır.

Turistlər bu xəritə vasitəsilə regionun abidələri, kempinq əraziləri və turist düşərgələri, tarixi məkanları, mətbəxi haqqında ətraflı məlumat əldə edə bilərlər. Bələdçi xəritəsi görməli yerlərə (qədim məscidlər, körpülər, mədəni mərkəzlər və muzeylər) ən qısa marşrutu tapmağa kömək etməklə bu  bölgədə olan mehmanxana, istirahət zonaları və restoranlar haqqında məlumatı əhatə edir.

Bu xəritənin köməyi ilə regiona səfər edən turistlər Lahıc və Basqal qəsəbələri, Qız qalası abidəsi, İvanovka kəndi, Yeddi günbəz, Diri Baba türbələri, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Dəmirçi kəndi barədə ətraflı məlumatlar ala biləcəklər.

Turist xəritəsini ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərindən, eləcə də region ərazisindəki  mehmanxanalardan əldə etmək mümkündür.

Hazırda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ölkəmizin digər şəhər və rayonlarının da turist xəritələrinin hazırlanması üzərində iş davam etdirilir.

M.MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında