Azərbaycan Konqreslər Bürosunun “Açıq qapılar” tədbiri

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə Azərbaycan Konqreslər Bürosunun “Açıq qapılar” tədbiri keçirilib. Tədbirdə nazirliyin  nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun yeni strateji  planı təqdim edilib.  Tədbirdə otel, səyahət agentlikləri, restoranlar və turizm sahəsinin  təmsilçiləri ilə yanaşı,  100-dən çox səlahiyyətli nümayəndə  iştirak edib.

Tədbirdə Əbülfəs Qarayev ölkəmizdə turizm sektorunun inkişafı istiqamətində görülən işlərə toxunub. Bu sahənin inkişafı üçün otelçilik, turist şirkətləri, aviaşirkətlərin daxili xidmətlərinin səviyyəsinin  artırılması vacibdir. Bu  istiqamətdə  Konqreslər Bürosu ilə birgə işlər  görülür.  

Konqreslər Bürosu bir çox dövlət qurumlarının dəstəyi ilə ölkəmizdə işgüzar turizmin, eləcə də başqa  iqtisadi sahələrin inkişafı üçün strategiya hazırlayaraq icra edir.

Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi, eləcə də digər dövlət qurumlarının dəstəyi ilə Konqreslər Bürosu  2017-ci ildə ölkəmizdə Bakı Şopinq Festivalını keçirib. İldə iki dəfə təşkil edilən festival şəhərimizin qonaqları, yerli alıcılar və ticarət sektorunun iştirakçıları tərəfindən  böyük  razılıqla qarşılnıb.

Ü.VAHİDQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında