Azərbaycanlı aktyor Hollivud filmində rol alıb

 Hollivud, Bollivud və  Gürcüstanın birgə layihəsi olan filmdə azərbaycanlı aktyor Murad Abdullayev də  oynayacaq. Murad Abdullayev Sputnik .az  saytına  açıqlamasında bildirib ki, bu ilin yay aylarında Gürcüstanda çəkilişləri nəzərdə tutulan filmin adi “Pianoplayer”dir.

Aktyor bildirib ki, kriminal-dram janrında lentə alınacaq filmdə Hollivuddan, Bollivuddan, eyni zamanda Rusiya, Avstriya və Azərbaycandan aktyorlar çəkiləcəklər: “Ssenari müəllifi və quruluşçu rejissor Zaza Cicinadzedir. Azərbaycandan filmdə iştirak edəcək yeganə aktyor mənəm. Mənim qəhrəmanım film boyu mafiya üzvü olur, amma filmin sonunda onun azərbaycanlı xüsusi təyinatlı olduğu bilinəcək. Bir sözlə, filmdə Azərbaycanı təmsil edəcəyəm”.

M.MÜKƏRRƏMOĞLU,
  “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında