Silvan Zinggin Bakıda konsert verib

Beynəlxalq Muğam Mərkəzində məşhur blüz və caz pianoçusu Silvan Zinggin "Boogie Woogie" musiqi janrında konserti olub. Konsert Beynəlxalq Muğam Mərkəzi və İsveçrə səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

İsveçrədə  Silvan Zinggini "Boogie Woogie səfiri" sayırlar. Məşhur pianoçu u.aqlıq yaşlarından bu sənətin sirlərinə yiyələnib.  Məlumata görə o, afro-amerikalı blüz pianoçuların əsərlərindən ilhamlanaraq pianoda ifa etməyə  başlayıb. Tənqidçilər Silvan Zinggini qeyri-adi pianoçu kimi təqdim edirlər.

Bu günə qədər ifaçı İsveç, Almaniya, Lixtenşteyn, Avstriya, Fransa, İtaliya, Hollandiya, Belçika, İspaniya, Lüksemburq, Yunanıstan, Monako, Andorra, Vatikan, Bolqarıstan, Polşa, Çexiya, Macarıstan, İsveç, İngiltərə, İrlandiya, ABŞ, Kanada, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Rusiya, Meksika kimi xarici ölkələrdə qastrol səfərlərində olub və konsert proqramları ilə çıxış edib.

İfaçı Chuck Berry, Ray Charles, Kathie Webster, Sammy Price, Memphis Slim, Champion Jack Dupree, Tito Jackson və bir çox digər məşhurlarla eyni səhnəni bölüşüb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında