İstanbulda AXC –nin 100 illiyi münasibətilə konsert

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin İstanbuldakı baş konsulluğu, “Xəzər” Folklor, Təhsil və Araşdırma Mərkəzi - Hazarfem və İstanbulun Küçükçəkməçə rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə konsert təşkil olunub.  Tədbirdə Türkiyənin tanınmış mədəniyyət xadimləri, İstanbul ictimaiyyətinin tanınmış nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri  iştirak ediblər.

Konsertin aparıcısı dövlətçilik tariximizdən müasir dövrdə ölkəmizin  əldə etdiyi böyük nailiyyətlərdən danışıb. Sonra  Türkiyə Böyük Millət Məclisinin üzvü Nurəddin Aras və Küçükçəkməçə rayon bələdiyyəsinin sədr müavini Rəcəb Şencan  çıxış ediblər. Çıxışlarda  AXC-nin yaranması və süqutunun səbəblərinə toxunulub.  Həmçinin Azərbaycan-Türkiyə qardaşlığının hazırkı vəziyyəti haqqında iştirakçılara danışılıb.

Tədbirdə  ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatların böyük nəticələri, əsrarəngiz təbiət gözəlliyi və tarixi abidələri əks etdirən sənədli film nümayiş olunub.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət  Filarmoniyası   rəqs ansamblının  ifasında maraqlı  rəqslər,   eləcə də “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış  balet  kompozisiyası tamaşaçılar tərəfindən hərarətli alqışlarla qarşılanıb.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında