“Azərbaycan silahları IX-XVII əsrlərdə: təkamül və inkişaf”

AMEA Milli Azərbaycan Tarixi Muzeyi  tərəfindən Azərbaycan hərb tarixinə dair nəşr olunan yeni kitab  belə adlanır.

Muzeydən verilən  məlumata  görə, kitabın müəllifi tarix üzrə  fəlsəfə  doktoru Səbuhi Əhmədovdur. Kitab Azərbaycan hərb tarixinin az məlum olan məqamlarına -- IX – XVII əsr Azərbaycan silahlarına həsr olunub. Elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, rəyçiləri tarix üzrə elmlər doktoru Şahin Fərzəliyev, tarix üzrə elmlər doktoru Nurulla Əliyev, tarix üzrə elmlər doktoru Tarix Dostiyev, tarix üzrə fəlsəfə doktoru Fərəh Hüseyn olan kitabda Vətən tarixşünaslığında ilk dəfə olaraq arxeoloji, muzey, təsviri, yazılı mənbələr əsasında dövrün Azərbaycan silahları təhlil edilir, onların xarakterik xüsusiyyətləri müəyyən olunur.

Tədqiqatın müxtəlif xarakterli mənbələr əsasında aparılması silahların görünüşünü, strukturunu, adlarını müəyyən etməyə imkan verir. Beynəlxalq təsnifat sistemlərinə əsasən Azərbaycan silahlarının təsnifatı tərtib edilir. Kitabda 300-dən artıq fotoşəkil, rəsm, miniatür təsvirləri verilib. Aparılmış elmi araşdırma dövrün Azərbaycan silahlarının təkamül və inkişafını müəyyən etməyə imkan yaradıb.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında