Yusif Eyvazov Kral Opera Teatrında çıxış edəcək

Martın 25-dən aprelin 10-dək London Kral Opera Teatrında C.Verdinin “Maqbet” operası nümayiş etdiriləcək. Qeyd edək ki, martın 25-də, 28-də, 31-də və aprelin 4-də operada Makdufun partiyasını Azərbaycanın Əməkdar artisti Yusif Eyvazov (tenor) ifa edəcək.

Məlumat üçün bildirək ki, Yusif Eyvazov 1977-ci ildə Əlcəzairdə ziyalı azərbaycanlı ailəsində anadan olub. Valideynləri həmin dövrdə Sovet İttifaqının mütəxəssisləri qismində Əlcəzairdə işləyirdilər. Atası metrologiya üzrə mütəxəssis, Bakı Dövlət Universitetinin professoru olub. Bakıda böyüyüb başa çatan və atasının yolunu davam etdirmək istəyən Yusif orta məktəbi bitirdikdən sonra Azərbaycan Texniki Universitetinə daxil olub. Tələbə yığıncaqlarının birində yoldaşlarının xahişi ilə “hansısa bir pop mahnısını“ ifa edib və dostlarının təkidi ilə musiqi təhsili almaq qərarına gəlib.

Musiqini həssas duymaq qabiliyyətinə, oxumaq istedadına və həvəsinə görə, Yusif Eyvazov 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub təhsilini davam etdirmək məqsədilə 1998-ci ildə İtaliyaya, Milana gedib. Burada Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqodan ustad dərsləri alıb. 2009-cu ilin aprelində Bakıda ilk solo konserti ilə çıxış edib. 2010-cu ildə Moskvadakı   Akademik Böyük Teatrda Kavaradossi (“Toska” C. Puççini) obrazı ilə debütünü yaradıb.

Yusif Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. O, 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb.  2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında