Fotoqrafiya həvəskarları üçün mühüm töhfə

Azərbaycan Fotoqrafları Birliyi  (AFB)  yaranmasının 20 illik yubileyi ilə əlaqədar  fotoqrafiya kursları təşkil edəcək.  Bu barədə AFB-dən məlumat verilib. Məlumata görə, ödənişsiz təşkil ediləcək kursun əsas  məqsədi fotosevərlərə töhfə verməkdir.  Dərslər AFB-nin ənənəvi “Açıq qapı” günündə  keçiriləcək. Bu sahəyə  həvəs göstərənlər, foto çəkilişlərin və fotoaparatların texniki cəhətlərinin sirlərini öyrənmək arzusunda olanlar  kursda faydalı məsləhətlər əldə edə biləcəklər.  Kurslarda  AFB-nin təcrübəli fotoqrafları dərs deyəcək, öz nəzəri və praktiki biliklərini  bölüşəcəklər.

Kursların iştirakşıları arasında fotomüsabiqələrin, fotoplenar çəkilişlərin  və fotogəzintilərin  təşkil olunması nəzərdə tutulur.  “Fotoqrafiyaya giriş, fotoaparatların növləri, istifadə qaydaları, əsas hissələri , yaradıcılıq rejimləri” mövzusuna həsr edilmiş ilk dərs yanvarın 27-də  AFB rəhbəri Mirnaib Həsənoğlu tərəfindən keçiriləcək.

 

 

Əfsanə BAYRAMQIZI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında