Sofiyada Azərbaycan film gecəsi keçirilib

Sofiyada keçirilən MENAR Film Festivalı çərçivəsində Azərbaycanın Bolqarıstandakı səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin  nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Sofiyanın Kino evində Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar Azərbaycan filmi gecəsi təşkil olunub.

Səfirlikdən verilən məlumata görə, gecədə Milli Məclisin deputatı Ağacan Abıyev, İvan Vazov adına ç Bolqarıstan Milli Teatrının  direktoru Marius Donkin, Milli Təbiət Tarixi Muzeyinin direktoru Nikolay Spasov, Bolqarıstan Xalq Məclisinin əməkdaşları, digər dövlət və özəl qurumlarının  və  yerli icra hakimiyyəti orqanlarının nümayəndələri,  diplomatik missiyaların rəhbərləri, “Azərbaycanın dostları”  Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Gecənin açılışında çıxış edən səfir Nərgiz Qurbanova 2018-ci ilin Azərbaycan tarixində bir sıra yubileylərlə əlamətdar olduğunu, belə ki, cari ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100, müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun” operasının 110, milli teatrımızın 145 və kinematoqrafiyamızın 120 illik yubileylərinin qeyd olunduğunu bildirib. Səfir əlavə edib ki, səfirlik il ərzində bu əlamətdar tarixləri bolqar tərəfdaşlarla birgə müxtəlif tədbirlər vasitəsilə qeyd edəcək. N.Qurbanova Azərbaycanın Sofiya MENAR Film Festivalında iştirakını il boyu baş tutacaq mərasimlər çərçivəsində ilk hadisə kimi qiymətləndirib.

M. MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında