Mərkəzi Elmi Kitabxana Roma Papasının Bakıya səfərini əks etdirən marka alıb

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Vatikanda Roma Papası Fransiskin 2016-cı ildə Azərbaycan, Gürcüstan, Meksika, Polşa, Yunanıstan, İsveç səfərlərinə həsr olunmuş xüsusi poçt markalarını əldə edib. Bu barədə AMEA Mərkəzi Elmi Kitabxanasından məlumat verilib. Məlumata görə, MEK-in müraciəti əsasında İtaliyanın Ca Foscari Venezia Universitetinin linqvistika kitabxanası beynəlxalq kitab mübadiləsi çərçivəsində Papanın Azərbaycana və digər ölkələrə etdiyi səfərə həsr olunmuş markalarını Azərbaycana göndərib. Azərbaycan və Gürcüstana səfərinə həsr edilən poçt markasında katoliklərin dini liderinin arxa fonunda Bibiheybət məscidinin şəkli əks olunub.

 Beynəlxalq kitab mübadiləsi çərçivəsində Ca Foscari Venezia Universitetinin istəyi ilə Azərbaycanda nəşr olunan “Türkologiya”, “Azərbaycan Arxeologiyası və Etnoqrafiyası”, “Folklor və Etnoqrafiya” elmi jurnalları İtaliyaya göndərilib.

Qeyd edək ki, Mərkəzi Elmi Kitabxananın markalar kolleksiyasında 1042 marka var. “Azərmarka” şirkəti tərəfindən MEK-ə 137 ədəd marka təqdim edilib. Markaların 905 ədədini kitabxana elektron formatda əldə edib. Markalardan 1020-si Azərbaycan, 22-si ingilis, ukrayna, moldovan, rus, belarus, çex dillərindədir. Yüz iyirmi marka Azərbaycan-ingilis dillərində çap olunub. Kitabxananın Nadir kitab fondunda mühafizə edilən markalar elektron kataloqa daxil edilərək MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında