“Sağalmayan yara”

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən Azərbaycan İstiqlal Muzeyində  tədbir-sərgi keçirildi.  

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda misli görünməmiş faciə baş vermiş, nəticədə, çox sayda  günahsız insan qətlə yetirilmiş və yaralanmışdır. 1994-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət vermiş və
20 Yanvar – Ümumxalq Hüzn Günü elan edilmişdir.

Sərgidə 20 Yanvar şəhidlərinin şəxsi əşyaları nümayiş olunmuşdur.

Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, 20 Yanvar şəhidi Salman Baxışıyevin həyat yoldaşı Məryəm Baxışıyeva, 20 Yanvar faciəsinin şahidi və iştirakçısı Hicran Əsədov,  20 Yanvar şəhidi Tariyel Abdullayevin qardaşı qızı Kişvər Tağıyeva  çıxış etmişdir. sonda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti  tələbərinin hazırladığı bədii kompozisiya  təqdim olunmuşdur.

Tədbirdə 20 Yanvar şəhidlərinin ailə üzvləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və müəllim heyəti, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının  nümayəndələri və digər qonaqlar iştirak etmişlər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında