“Cəza” təkadamlıq oyun tamaşası Tehranda

 Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 90-cı yubiley mövsümündə bu ilin ilk növbəti səfərinə  hazırlaşır. Teatrın  direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidovun rəhbərliyilə  8 nəfərlik heyət yanvarın 18-dən 25-dək Tehranda 36-cı Fəcr Beynəlxalq Teatr Festivalında iştirak edəcək.  Məlumatı ADGTT-nin mətbuat xidməti verib.

Teatr  tamaşaçıların qarşısına   “Cəza” təkadamlıq oyun  tamaşası ilə çıxacaq. Psixofizioloji gərginlikdən yoğrulmuş yeni səhnə təcəssümü – “Cəza” monotamaşasında yaradıcı heyət (müəllif – Tamara Vəliyeva, quruluşçu rejissor – Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, ifaçı – Əməkdar artist Kəmalə Hüseynova) seyrciləri üçün maraqlı  mənzərə yaradır.  Xoşbəxt və bədbəxt bir qadının hər iki anlamda tale mənzərəsi, onun simasında silsilə obrazlar, onların məram və məqsədləri, əxlaqi-sosial keyfiyyətləri, həyati davranış tərzləri, xarakterləri insanlığa – bəşəriyyətə münasibətləri göz önündə canlanır.

         Bu psixofizioloji gərginlik mövzu və ideyası baxımından bütün müasir dünyanın psixoloji ab-havasını əks etdirir. Belə təcəssüm məişət dramı səviyyəsindən sosial yüklü çox yüksək pilləyə sıçrayır ki, bununla da dramaturq məqsədi, tamaşanın ideyası qloballaşır və bütün mətnaltı mənaları ilə sekulyarlaşır.

 Bu  tamaşa ötən mövsüm Ufada keçirilmiş türkdilli xalqların “Tuqanlıq” Beynəlxalq Teatr Festivalında nümayiş olunub. Tamaşa  xarici teatr mütəxəssisləri tərəfindən böyük maraqla qarşılanıb.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında