TÜRKSOY-un III seminarı Bakıda keçiriləcək

Qeyri-maddi mədəni irsin qorunmasına dair TÜRKSOY-un III seminarı bu il aprelin 27-dən 29-dək keçiriləcək. Seminarın açılışı Muzey Mərkəzində olacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır.
2009-cu ilin oktyabr ayında Bakıda keçirilmiş TÜRKSOY təşkilatının Mədəniyyət Nazirlərinin Daimi Şurasının XXVI toplantısında qəbul edilmiş "TÜRKSOY-un 2010-cu il üçün Fəaliyyət Proqramı"na əsasən Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə qeyri-maddi mədəni irsin qorunması üzrə TÜRKSOY təşkilatının "Türkdilli xalqların qeyri-maddi mədəni irsinin konvensiyalaşdırılması, inventarlaşdırılması və proqramlaşdırılması" mövzusunda III beynəlxalq seminarının Azərbaycanda keçirilməsi qərara alınıb. Seminarın təntənəli açılışına Fırat Purtaş (TÜRKSOY təşkilatının Baş katibinin müavini), Elçin Qafarlı (Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY təşkilatındakı nümayəndəsi), Öcal Oğuz (Türkiyə Respublikası Qazi Universitetinin professor doktoru), Nebi Özdemir (Türkiyə Respublikası Hacettepe Universitetinin professor doktoru), Metin Ekici (Türkiyə Respublikası Ege Universitetinin professor doktoru), Mahmut Evkuran (Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin müdiri), Şengül Gitmez (Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin şöbə müdiri), Ahmet Gökhan Kaynakçı (Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin məsləhətçisi), Serikkazy Korabay (Qazaxıstan Respublikasının M.O. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu), Fanziliya Zavqarova (Tatar folklorunun Dövlət toplanma, qorunma, öyrənilmə və təbliğat mərkəzinin direktoru), Yusuf Örs (Şimali Kipr Türk Respublikası, sənət tarixçisi), Fatma Giritli (Şimali Kipr Türk Respublikası, xalq musiqisi üzrə tədqiqatçı) kimi mütəxəssislər dəvət olunub.
Seminarın ilk günü "Türk dünyasının qeyri-maddi mədəni irsinin qorunması və dəstəklənməsinin konvensiyalaşdırılması perspektivləri" mövzusunda məruzə dinlənəcək. Günün ikinci yarısında iştirakçıların 2010-cu il üçün Azərbaycanın Sənətkarlıq Paytaxtı - Şəkiyə yola düşməsi və seminarın işinin aprelin 28-də Şəki şəhərində davam etdirilməsi planlaşdırılır. Şəki şəhərində davam olunacaq seminarda TÜRKSOY-un qeyri-maddi mədəni irsin Beynəlxalq Reyestrinin formalaşdırılmasının imkanları, "Türk dünyasının xalq yaradıcılığı paytaxtları" Beynəlxalq Proqramı layihələrinin müzakirələrindən sonra seminarın işi yekunlaşdırılacaq. Ertəsi gün iştirakçıların Şəki şəhərinin muzeyləri və tarixi abidələri ilə tanışlığı gözlənilir. Aprelin 30-da şəhərimizin qonaqları üçün İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğuna, Azərbaycan Dövlət İncəsənət Muzeyinə və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiyaları təşkil olunacaq.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında