Qarabağ Fondu Vaşinqtonda azərbaycanlı rəssamın sərgisini təşkil etmişdir

Yanvarın 26-da Qarabağ Fondu Pepco şirkətinin sponsorluğu ilə Vaşinqtonun nüfuzlu Edison Qalereya salonunda ABŞ-ın tanınmış rəssamı - əslən azərbaycanlı olan Abol Bahadorinin "Bölünmüş rənglər" adlı sərgisini təşkil etmişdir.
Fonddan bildirmişlər ki, Abol Bahadori Təbriz şəhərində doğulub və evində olan rəngli xalçalardan ilham alıb. Onun atası Azərbaycanın Qarabağ bölgəsindən üçüncü nəsil köçkün olub və Azərbaycan Türkmənçay müqaviləsi nəticəsində İran və Rusiya arasında iki yerə bölündükdən sonra öz ailəsi ilə birgə İrana köçüb. Abol Bahadori incəsənətin əlifbasına doğma Təbrizdə yiyələnmiş və daha sonra təhsilini İngiltərənin Mançester şəhərində davam etdirmişdir. O, sonralar mücərrəd incəsənəti Con Blee, Beverley Ryan, və Adam Listerdən öyrənmişdir. Abol Bahadori Filadelfiya İncəsənət Muzeyi, Del Rey Peşəkarları, İskəndər İncəsənət Liqası və Payız Kilsə İncəsənəti muzeylərinin üzvüdür, Şimali Virciniyada öz qalereyalarını dəfələrlə nümayiş etdirmişdir. Bu, Vaşinqton şəhərində Abolun ilk fərdi sərgisidir.
Sərginin açılışında çıxış edən Abol Bahadori bildirmişdir ki, Azərbaycan landşaftının parlaq rənglərini əsərlərimdə sövq-təbii olaraq əks etdirirəm. Azərbaycanın bölünməsi həmişə mənim şüurumdadır və çalışıram ki, bütün bunları parlaq rənglərlə ifadə edim.
Sərgidə Vaşinqton şəhərinin mədəniyyət qurumlarının, ABŞ-da yaşayan Azərbaycan icmasının nümayəndələri iştirak etmiş və təəssüratlarını paylaşmışlar.
Tədbir tanınmış rəssamın şərəfinə verilən ziyafətlə davam etmişdir.
Məlumat verilmişdir ki, bu sərgidəki əsərlərin satışından əldə olunmuş gəlirin 40 faizi Qarabağ Fonduna ianə edilmişdir.
Qarabağ Fondu 2009-cu ilin noyabrında ABŞ-da yaradılmışdır və qeyri-hökumət təşkilatlarına verilən yüksək 501 (C) 3 statusuna malikdir. Fondun məqsədi Azərbaycan, onun Qarabağ bölgəsi və bütünlükdə Qafqazı amerikalılara tanıtmaq, Azərbaycan mədəniyyəti və musiqisini bu ölkədə tərənnüm və təbliğ etməkdən ibarətdir. Buna nail olmaq üçün qurum müxtəlif sərgilər təşkil edir, kitablar buraxdırır, ictimai proqramlar, forumlar, mübadilə proqramları reallaşdırır.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında