Milli Kitab mükafatının növbəti müsabiqəsi keçiriləcək

Milli Kitab Mükafatı ekspertlərinin adları məlum olub. Müsabiqənin qalibləri pul mükafatı ilə təltif olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Milli Kitab Mükafatının Ekspertlər şurası ilk dəfə olaraq toplantı keçirib.Təsisçi Nigar Köçərli vurğulayıb ki, bu toplantıda məqsəd əsərlərin dəyərləndirmə mexanizminin müzakirəsi və iş prinsiplərinin qəbul edilməsidir. Keçən il müşahidəçilərin adları gizli saxlanılıb.
Bu il də onların kənar təzyiqlərə məruz qalmaması səbəbdən adları açıqlanmır. Münsiflər heyətin tərkibi isə 6 nəfərdən ibarətdir. Xatırladaq ki, müsabiqəyə hekayələr, povestlər, romanlar və digər ədəbi üslublarda yazılmış nəsr əsərləri qəbul olunur. Martın 20-də 20 yaxşı, martın 27-də isə 10 ən yaxşı əsərin siyahısı açıqlanacaq. May ayının 31-də qaliblərin adları elan olunacaq. Milli kitab mükafatı müsabiqəsinin hər il keçirilməsi nəzərdə tutulub.

{nl}


A.ÜLVİ "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında