"Azərbaycan möcüzələri" infoturu...

Azərbaycan turizm potensialının və mədəni irsinin geniş təbliğ olunması məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, "Millennium Turizm" və eyni zamanda Skal İnternational Bakı Turizm Klubunun dəstəyi ilə Rusiya Federasiyasının Sankt-Peterburq vilayətinin Pavlosk şəhərində yerləşən aparıcı təhsil ocağının-A.M.Qorçakov adına liseyinin 30-a yaxın yüksək intelektə malik 12-14 yaşlar arasında yeniyetmələri üçün "Azərbaycan möcüzələri" adı altında mədəni-etnoqrafik, məcara-info tanıtım turu həyata keçirilir. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər.
Layihənin ən ümdə məqsədlərindən biri də Qafqaz xalqlarının keçmişi, mədəniyyəti, adət-ənənəsi, müasir yaşam tərzi və dini, hərbi, etnik konfliktlərinin əsl mahiyyətinin dolğun və qərəzsiz şəkildə Rusiyada yaşayan gənc nəslə çatdırılmasından ibarətdir. Bu turun uğurla həyata keçirilməsi Azərbaycan həqiqətlərinin dünyaya obyektiv şəkildə çatdırılması yolunda uğurlu bir addım olacaq. Gənc qonaqların son dayanacağı Azərbaycandır. Bizdən öncə onlar digər Qafqaz ölkələrində olacaq, daha sonra isə Bakıya gələcəklər. Mahiyyət etibarı ilə bu səfər spesifik əhəmiyyətə malikdir.
Ziyarət olunacaq məkanlar sırasına ilk olaraq ümummilli liderimizin məzarı və qan yaddaşımız olan Şəhidlər Xiyabanı, Dövlət qoruqlarımız, memarlıq abidələrimiz, muzeylərimiz, qalereyalarımız, milli kaloriti və mətbəximizi əks etdirən obyektlər, Zərifə Əliyeva adına liseydə və başqa aparıcı liseylərdən birində Sankt-Peterburq məktəblılərinin azərbaycanlı həmyaşıdları ilə görüşləri də nəzərdə tutulmuşdur.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında