Beynəlxalq təcrübə mübadiləsi mədəniyyətşünaslığın inkişafına xidmət edir

2009-cu ildə Rusiya Kulturologiya İnstitutu və Tbilisi Dövlət Universitetinin YUNESKO kafedrası ilə imzalanmış əməkdaşlıq müqavilələrinə əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları üçün adı çəkilmiş elmi müəssisələrin nümayəndələrinin iştirakı ilə beynəlxalq təlimlərin keçirilməsinə başlanılmışdır. Belə ki, təlimlərin keçirilməsi məqsədilə Rusiya Kulturologiya İnstitutunun direktor müavini N.Kryukova və Tbilisi Dövlət Universitetinin YUNESKO kafedrasının direktoru N.Çikovani Azərbaycana dəvət olunmuşlar. Təlimlər Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin binasında keçirilir. Təlimlər zamanı Rusiya və Gürcüstanın tanınmış alimləri elmi işin təşkili, elmi tədqiqatlara qrant imkanlarının cəlb olunması, kulturologiyada müasir tendensiyalar və onların təzahür formaları, habelə digər bir sıra aktual məsələlərə dair öz dəyərli məsləhətlərini verirlər. Yerli mütəxəssislər üçün təşkil olunacaq təlimlərin başlıca məqsədi Azərbaycanda milli mədəniyyətşünaslıq məktəbinin yaradılmasıdır.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında