Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Qeysəriyyə tarixi abidəsi bərpa olunmuşdur

{nl}

Yanvarın 14-də Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi Qeysəriyyə tarixi abidəsinin bərpa işlərindən sonra açılışı olmuşdur.
Tədbirdə muzeyin direktoru Vilayət Bağırov çıxış edərək Ordubad rayonunda həyata keçirilən quruculuq işlərindən danışmış, rayonun inkişafına, əhalinin rifah halının yaxşılaşdırılmasına, tarixi-memarlıq abidələrinin bərpasına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov XVII əsr abidəsi olan Qeysəriyyə binasının, XVIII əsr abidəsi olan məbədin, XIX əsrdə ordubadlı Mənsur Ağa və Tağı Nağıyevin tikdirdikləri binaların bərpadan sonra istifadəyə verilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, ulu öndərimizin "Ordubad Azərbaycanın incisidir" kəlamını xatırladaraq demişdir: "Azərbaycanın incisi olan Ordubadda tarixi abidələr bərpa olunur, onların gələcək nəsillərə çatdırılması təmin edilir. Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar. Bunlar üçün ölkəmizdə hər cür şərait vardır. Azərbaycan inkişaf edir, sabitlikdir, qanunlar işləyir, yeni qanunlar qəbul olunur. Ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurlu davam etdirən ölkə başçısı ulu öndərimizin qurduğu hüquqi, dünyəvi və demokratik dövləti daha da möhkəmləndirir, Azərbaycanın dünya dövlətləri içərisində öz layiqli yerini tutması üçün bütün qüvvəsini, səyini sərf edir. Həmin tədbirlərin tərkib hissəsi olaraq muxtar respublikada bu işləri həyata keçirməklə ulu öndərimizin yoluna, dövlətimizə sədaqətimizi nümayiş etdiririk".
Bərpa olunan tarixi abidələrin qorunmasının, onlardan düzgün istifadə edilməsinin, öyrənilməsinin əhəmiyyətini vurğulayan Ali Məclisin sədri demişdir: "Abidələri yaxşı öyrənmədən, onları qoruya bilmərik. Bunların həyata keçirilməsi üçün ölkəmizin imkanları ilə bərabər, intellektli insanları da mövcuddur".
Ali Məclisin sədri Ordubadın qədim tarixi abidələrinin qorunmasının, bərpasının bundan sonra da davam etdiriləcəyini bildirmiş, bu abidələrin qorunması, təbliği və öyrənilməsinin ordubadlılarla yanaşı, hər bir Azərbaycan vətəndaşının, muxtar respublika sakininin diqqət mərkəzində olacağına əminliyini ifadə etmişdir.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra muzeyə baxış keçirilmişdir.
Məlumat verilmişdir ki, böyük günbəzdən və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda tikilmişdir. Abidə bişmiş kərpicdən inşa olunmuş, hündürlüyü 8,5 metrdir. Binanın dam örtüyü təmir edilmiş, 200 kvadratmetr sahədə şəbəkə sistemi, daxili divarları bərpa olunmuşdur. Binanın daxili naxışlı kərpiclə bəzədilmiş, fond otağı, muzey işçiləri üçün iş otaqları yaradılmış, ekspozisiya zalına uyğun işıqlandırma sistemi quraşdırılmışdır.
Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi bu binada 1991-ci ildən fəaliyyət göstərir. Muzeydə 3919 eksponat saxlanılır.

{nl}

 

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında