"Xor və fortepiano üçün mahnılar"

Yeni kitab
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi, "Humay" milli mükafatı laureatı, bəstəkar Azər Dadaşovun "Xor və fortepiano üçün mahnılar" məcmuəsi dərs vəsaiti kimi çapdan çıxmışdır. Kitaba müəllifin müxtəlif illərdə yazdığı, vətənə, xalqa olan məhəbbətini, təcəssüm etdirən mahnıları daxil edilmişdir.
Ulu öndərimiz Heydər Əliyevin nəsillərə nümunə olan həyatına həsr edilən "Heydər Atamız" mahnısı ilə açılan bu kitabda əks olunan 24 mahnının hər biri mahiyyəti, melodiya əlvanlığı və tərbiyəvi əhəmiyyətinə görə diqqəti cəlb edir. Bu fikirləri açıqlayan pedaqoji elmlər doktoru, professor Vidadi Xəlilov kitabın tədris vəsaiti kimi nəşr edilməsinin respublikada aparılan musiqi-estetik tərbiyə işinə müsbət təsir göstərdiyini qeyd edir.
Sənətşünaslıq doktoru, professor, əməkdar incəsənət xadimi İmruz Əfəndiyeva bəstəkarın əsərlərinin rəngarəng və anlaşıqlı olmasını, mahnılarda hamofon-harmonik üslubla yanaşı, polifonik elementlərin də öz əksini tapmasını, eləcə də müəllifin səsaltı polifoniyadan istifadə etdiyini xüsusi qeyd edərək dərsliyin metodoloji baxımdan bütün tələblərə cavab verdiyini öz rəyində qeyd etmişdir.
Zəngin yaradıcılıq bioqrafiyasına malik bəstəkar müxtəlif janrlarda əsərlər yazmışdır. 10 simfoniya, 18 kantata, "Kiçik Mukün sərgüzəştləri" uşaq operası, "Şərq freskası" balet miniatürü, piano üçün 3 konsert, fleyta, viola instrumental və xor əsərlərinin, eləcə də 20-dən artıq kinofilmin müəllifi olan A.Dadaşov 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq ixtisasına dahi bəstəkar və pedaqoq Qara Qarayevin sinfində yiyələnmişdir. Respublikanın, eləcə də dünyanın bir çox tanınmış dirijorları - maestro Niyazi, Rauf Abdullayev, Dmitri Kitoyenko, Romon Motsov, Robert Şilakadze, Vladimir Runçak tərəfindən bəstəkarın əsərləri təfsir edilmişdir. Görkəmli musiqiçilər Fərhad Bədəlbəyli, Firəngiz Əlizadə, Səyavuş Kərimi, Fidan və Xuraman Qasımovalar, Azər Zeynalov, Sərvər Qəniyev, Rafiq Babayev və digərləri tərəfindən bu musiqilər dünyanın bir çox ölkələrində ifa olunmuşdur.
Azər Dadaşovun əsərləri bütün musiqi təhsili ocaqlarında geniş istifadə olunur və tədris proqramlarına daxil edilir. 2009-2010-cu illərdə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü və Respublika Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə gənc pianoçular arasında bəstəkarın fortopiano yaradıcılığına həsr olunmuş müsabiqə keçirilmişdir. A.Dadaşov yaradıcılıqla yanaşı, Bakı Musiqi Akademiyasının professoru kimi səmərəli pedaqoji fəaliyyət göstərir.
Bəstəkar respublikada keçirilən müxtəlif musiqi müsabiqələrinin münsiflər heyətinə daxil edilmiş, dünya azərbaycanlılarının I və II qurultayına nümayəndə seçilmişdir.

{nl}

Rafiq SALMANOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında