Xalq yazıçısı Elçinə İstanbul Kültür Universitetinin fəxri doktoru diplomu təqdim olunmuşdur

{nl}

Xalq yazıçısı Elçin türk dilinin və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında xidmətlərinə görə İstanbul Kültür Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.
Universitetdə keçirilmiş mərasimdə təhsil ocağının rektoru professor Dursun Koçer fəxri doktor diplomunu xalq yazıçısı Elçinə təqdim etmişdir.
Mərasimdə Türkiyə Böyük Millət Məclisi sədrinin müavini Meral Akşener, Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, digər rəsmi şəxslər və elm adamları iştirak etmişlər.
Professor Dursun Koçer türk dilinin XX əsrdə sənət və ədəbiyyat dilinə çevrilməsində böyük xidməti olan xalq yazıçısı Elçinin fəxri doktor adına layiq görülməsi haqqında universitet Senatının qərarını oxumuş, onun əsərlərinin Türkiyədə də böyük maraqla qarşılandığını bildirmişdir.
Universitet rəhbərliyinə təşəkkürünü bildirən xalq yazıçısı Elçin iki qardaş ölkənin arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığının yüksək səviyyəsini vurğulamış, xalqlarımız arasında mədəni əlaqələrin qardaşlığımızı daha da möhkəmləndirdiyini və digər sahələrdə əməkdaşlığa təkan verdiyini bildirmişdir.
Elçin universitet tələbələri ilə görüş də keçirmiş, yaradıcılığı ilə bağlı suallara cavab vermiş, kitablarını imzalamışdır.
Sonda tələbələrin ifasında xalq yazıçısı İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" tamaşası göstərilmişdir.

{nl}


Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Akara

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında