Fidan Hacıyeva uzun fasilədən sonra yenidən Türkiyə səhnəsində Karmen partiyasını ifa edəcəkdir

{nl}

Yanvarın 8-də Türkiyənin Samsun Dövlət Opera Teatrında Jorj Bizenin "Karmen" operası oynanılacaqdır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fidan Hacıyeva bu teatrın dəvəti ilə uzun fasilədən sonra Türkiyə səhnəsində növbəti dəfə Karmen partiyasını ifa edəcəkdir.
Türkiyənin opera həvəskarları Fidan Hacıyevanı Karmen obrazına öz möhürünü vurmuş sənətkar kimi tanıyırlar. Müğənni vaxtilə Mərsin Opera və Balet Teatrı ilə müqavilə əsasında bu partiyanı Mərsin, İstanbul, İzmir, Ankara teatrlarının, habelə "Aspendus" antik teatrının səhnəsində uğurla ifa etmişdir.
Fidan Hacıyeva tamaşadan bir gün əvvəl AzərTAc-ın müxbirinə müsahibəsində demişdir: "Türkiyədə Karmen partiyasını dəfələrlə ifa etməyimə baxmayaraq, Samsun teatrının səhnəsində ilk dəfə çıxış edəcəyəm. Bu gün tamaşanın əsas məşqi oldu. Tamaşaqabağı təəssüratlarım çox zəngindir. Səhnə tərtibatı, geyimlər göz oxşayır. Tərəf-müqabillərimdən razıyam. Əminəm ki, sabah Türkiyə səhnəsində Azərbaycanı bir daha layiqincə təmsil edəcəyəm. Ertəsi gün növbəti dinləmələrdə iştirak etmək üçün İtaliyaya yola düşəcəyəm. Sonra Vətənə dönmək niyyətindəyəm".

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında