Azərbaycanın muğam ustalarının Kaliforniya turnesi başa çatıb

Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğundan verilən məlumata görə, konsulluğun təşkil etdiyi silsilə konsertlər xalq artisti Siyavuş Kəriminin rəhbərliyilə keçirilib. Xalq artistləri Mənsum İbrahimov, Aygün Bayramova, həmçinin əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov və Kamran Kərimovun ifaları böyük maraqla qarşılanıb. Azərbaycan muğam ustalarından ibarət qrupun ABŞ səfəri San-Fransiskodakı yekun konsertlə başa çatıb.

{nl}

Rəsul Rzanın yubileyinə töhfə
Xalq şairi Rəsul Rzanın 100 illik yubileyinə həsr olunan "...Yaşıl atlas, ömürdən səhifələr" adlı bədii-sənədli film çəkilir. Bu barədə məlumat verən filmin ssenari müəllifi və rejissoru Əhliman Qafarov bildirib ki, film şairin həyat və yaradıcılığından bəhs edir. Şairin xatirələri üzərində qurulan filmdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Rəsul Rzanın qızı, Bakı Dövlət Universitetinin baş müəllimi Fidan Rzayeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri və bədii qiraətçilər çəkilib. Filmin çəkilişləri Bakı, Göyçay, İsmayıllı və Yevlaxda həyata keçirilib. Yanvarın sonunda filmin təqdimatı olacaq.

{nl}

"Tərsinə çevrilmiş dünya" filminin çəkilişləri yekunlaşıb
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Tərsinə çevrilmiş dünya" filminin çəkilişləri başa çatıb. Filmin rejissoru Ənvər Əblucun sözlərinə görə ekran əsəri Azərbaycan və İran kinematoqrafçıları ilə birgə çəkilib : "Dedektiv janrında olan film Azərbaycan polisinin qəhrəmanlığından bəhs edilir. Məhəmmədrza Folutən Azərbaycan polisini onyayır. Filmin çəkilişləri İranın Ənzəli, Tehran və Neyqun şəhərlərində aparılıb. Filmin premyerası həm İranda, həm də Azərbaycanda olacaq".
Xalq yazıçısı Çingiz Abdullayevin ssenarisi əsasında çəkilən filmdə yerli aktyorlarla yanaşı, iranlı aktyorlar da çəkiliblər.
Qeyd edək ki, film tamaşaçılara 2011-ci ilin əvvəllərində təqdim ediləcək.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında