"Xalq" Bank "Xalq Əmanəti" seriyasının ikinci buraxılışını təqdim etdi

Bu gün ölkəmizdə bərqərar olmuş siyasi-iqtisadi sabitlik, hərtərəfli inkişaf, pozitiv biznes mühiti, özəl şirkətlər üçün yaradılan münbit şərait bir çox sosial-mədəni təşəbbüslərlə çıxış etmək imkanı verir. Biznes strukturlar dövlətimizin mədəniyyət sahəsində yürütdüyü siyasətin nəticəsi olaraq bir çox mədəni layihələrə qoşulurlar.
ASC "Xalq" Bankının təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən "Xalq Əmanəti" layihəsi Azərbaycan sənətsevərlərini sevindirməkdə davam edir. Dekabr ayının 27-də "Xalq Əmanəti" seriyasının ikinci buraxılışı təqdim olundu.. Layihə çərçivəsində ikinci nəşr Azərbaycanın xalq şairi Məmməd Arazın yaradıcılığına həsr olunub. Şairin dərin fəlsəfi, səmimiyyət və həyat müdrikliyi ilə dolu şeirləri milyonlarla insanın qəlbinə yol tapmış və müxtəlif dillərə tərcümə edilmişdir. Azərbaycanın ən sevilən şairlərindən biri olan Məmməd Araz həm də tərcümə və publisistika sahələrində böyük uğurlara imza atmışdır. Dövlət və milli mükafatlar laureatı, xalq şairi Məmməd Araz 1995-ci ildə Azərbaycanın ali dövlət mükafatı olan "İstiqlal" ordeni ilə ilk dəfə təltif olunan üç şairdən biridir. Ümummilli Lider Heydər Əliyev Məmməd Arazın sənətini yüksək qiymətləndirmiş və onun haqqında danışarkən "öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir" - demişdir. Təqdim olunan "Seçilmiş əsərləri"n unikallığı ondadır ki, kitabın format və dizaynı şairin özü tərəfindən 1968-ci ildə yazdığı "Vəsiyyət" şeirində təsvir edilmişdir.
Məlumat üçün bildirək ki, bu layihə çərçivəsində Azərbaycanın görkəmli ədəbiyyat, incəsənət və elm xadimlərinin əsərləri, eləcə də xalq yaradıcılığı, folklor nümunələri nəfis tərtibatda nəşr olunub sənətsevərlərin ixtiyarına verilir. 2010-cu ilin əvvəlindən start götürən layihənin ilk buraxılışı oktyabr ayının 22-də işıq üzü görmüş və Azərbaycanın görkəmli rəssamı Böyükağa Mirzəzadəyə həsr olunmuşdur. "Xalq Əmanəti" layihəsi xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması işinə "Xalq" Bankının kiçik bir töhfəsidir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında