"Payız prospekti"nin təqdimatında poeziya bayramı

Yeni il ərəfəsində Sumqayıtın poeziya həvəskarları gözəl hədiyyə almışlar: şəhərdə yeni ənənənin - Müəllif Gününün təməli qoyulmuşdur. İdeyanın təşəbbüskarı 30 ildən çox media sahəsində çalışmış şair-jurnalist Əli Nəcəfxanlıdır. Onun yeni "Payız prospekti" şeirlər kitabının Sumqayıtın Əli Kərim adına poeziya klubunda keçirilən təqdimat mərasimi əsl bayrama çevrilmişdir.
Müəllifi təbrik etmək üçün dostları, həmkarları, siyasətçilər gəlmişdilər. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu Əli Əliyev (Nəcəfxanlı) ömrünün 30 ilini jurnalistika fəaliyyətinə həsr etmişdir. Şairin sözlərinə görə, poeziya onun ikinci həyatıdır. Şairin şeirləri müxtəlif məsələlərə, o cümlədən xalqımız üçün ağrılı müharibə mövzusuna həsr olunmuşdur.
"Payız prospekti" doğulandan ölənədək adi insan həyatına, gündoğandan günbatanadək keçən günə həsr olunmuş epopeyadır. Bu, şairin özü haqqında düşüncələrdir. Eyni zamanda, şeirlərdə həyata, Vətənə, Azərbaycan təbiətinə böyük sevgi ifadə olunur.
Təqdimat mərasimində çıxış edən əməkdar jurnalist, "Sumqayıt" qəzetinin redaktoru Qüdrət Məlikov, əməkdar mədəniyyət işçisi, şair Əşrəf Veysəlli, əməkdar müəllim, şair Əvəz Lələdağ, Prezident təqaüdçüsü, şair İbrahim İlyaslı, respublika Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri Sabir Sarvan və başqaları "Payız prospekti"nin müəllifinə xoş arzularını bildirmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında