Azərbaycanda sənət adamlarına yüksək dövlət qayğısı var

Hər bir xalq öz mədəniyyəti, incəsənəti ilə tanınır. Odlar yurdu Azərbaycanın da mədəniyyəti onun öz tarixi qədər qədimdir. Bu milli-mənəvi dəyərlər nəsillərdən-nəsillərə ötürülərək daha təkmil formada dövrümüzə gəlib çatmışdır. Bu gün Azərbaycanı dünyada inkişaf etmiş mədəniyyət ölkəsi kimi də tanıyırlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır". Ona görə də bu gün ölkədə mədəniyyət və incəsənət xadimlərinə böyük dövlət qayğısı vardır.
Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu ilk dövrdə, Sovetlər dönəmində Azərbaycan mədəniyyəti sürətlə inkişaf etmişdir. Yüksək dəyərli əsərlər yaranmış, onlar ittifaq və respublika səviyyəsində mükafatlandırılmışdır. Ədəbiyyat və incəsənət xadimlərimiz Sosialist Əməyi Qəhrəmanı, SSRİ xalq artisti fəxri adlarına layiq görülmüşlər. Yeni mədəniyyət obyektləri inşa edilmişdir.
Azərbaycan müstəqillik qazandıqdan sonra yenidən hakimiyyətə qayıdan ulu öndər bütün sahələrdə olduğu kimi mədəniyyətin də inkişafında əsaslı dönüş yaranmışdır.
Ulu öndərin siyasi kursuna sadiq olan Azərbaycan Prezidenti İlham Əliyev bu sahədə islahatların daha da sürətlənməsini təmin etdi, Azərbaycan mədəniyyətinin dünyaya inteqrasiya edilməsinə böyuk imkanlar yaratdı. Cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlarda deyirdi: "Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz, tarixi keçmişimiz - biz bu sahələrə böyük diqqət göstərməliyik".
2003-cü ildən sonrakı dövrə nəzər yetirsək görərik ki, doğrudan da, dövlətimiz mədəniyyət və incəsənətin inkişafını həmişə prioritet sahə kimi diqqət mərkəzində saxlamışdır. Bu müddət ərzində xeyli yeni mədəniyyət obyektləri inşa edilmiş, neçə-neçə mədəniyyət obyektləri əsaslı təmir olunmuşdur. Müasir İncəsənət Mərkəzinin istifadəyə verilməsi rəssamlıq sənətinə xüsusi qayğının nəticəsi idi. Azərbaycan Dövlət İncəsənət Muzeyi bu gün əsaslı təmirdən sonra öz görkəmini tamamilə dəyişmişdir. Muğam Mərkəzi isə analoqu olmayan bir mədəniyyət müəssisəsidir. Bu mərkəzin tikilib istifadəyə verilməsi ölkədə muğam sənətinə göstərilən qayğının əyani təzahürüdür.
Ümumiyyətlə, ölkəmizdə mədəniyyətin tərəqqisində Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri olduqca böyükdür. Azərbaycan muğamının, xalça sənətinin bu gün YUNESKO-nun mədəni irs siyahısında olması ölkədə mədəniyyətə xüsusi qayğının nəticəsidir.
Son illər Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda çox əhəmiyyətli beynəlxalq festivallar keçirilir, Azərbaycan mədəniyyəti dünyanın əksər ölkələrində geniş təbliğ olunur. Fond tərəfindən buraxılmış "Qarabağ xanəndələri" musiqi albomu, "Muğam" jurnalı, "Muğam ensiklopediyası", "Arif Babayev-70", "Habil Əliyev-80", "Əlibaba Məmmədovun həyat və fəaliyyəti" və s. musiqi albomları mədəniyyətimizə ən yaxşı töhfələrdir.
Bakıda, ölkənin böyük şəhərlərində, eləcə də rayon mərkəzlərində əsaslı təmir olunan mədəniyyət obyektləri bu gün əhalinin əsl mədəni istirahət mərkəzlərinə çevrilmişdir. Teatrlar, kinoteatrlar, kitabxanalar, muzeylər və mədəniyyət evlərinin əksəriyyəti müasir üslubda təmir edilmişdir. Milli Akademik Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Dövlət Filarmoniyası müasir üslubda yenidən qurulmuşdur. Hazırda Nizami kinoteatrı təmir edilir, yaxın vaxtlarda Musiqili Komediya Teatrında əsaslı təmir işlərinə başlanacaqdır. Bunlar hamısı cənab Prezidentin xüsusi sərəncamları ilə reallaşdırılır.
Azərbaycan xalça sənətinin təbliğində paytaxtımızda fəaliyyət göstərən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin xidmətləri olduqca böyükdür. Bu muzey hazırda Muzey Mərkəzində yerləşir. Cənab Prezidentin xüsusi sərəncamı ilə Milli Parkda bu muzey üçün analoqu olmayan yeni bina inşa edilir və yaxın vaxtlarda istifadəyə veriləcək.
Bütün bunlar mədəniyyətə göstərilən dövlət qayğısının real nümunələridir. Ən əsası budur ki, dövlətimiz, onun rəhbəri mədəniyyət və incəsənət sahəsində çalışan insanlara yüksək diqqət və qayğı göstərir. Son illər dövlət başçımızın mədəniyyət xadimlərinin yubiley şənliklərində iştirak etməsi bu qayğının bariz nümunəsidir. Mədəniyyət və incəsənət işçilərinin əməkhaqları ilbəil artırılır, onlara fəxri adlar, Prezident təqaüdləri verilir. Cənab Prezident deyir ki, "Azərbaycanın qabaqcıl mədəniyyət, incəsənət, ədəbiyyat xadimlərinin fəaliyyəti yüksək qiymətləndirilməlidir". Bütün bunlar sənət adamlarının yaradıcılığı üçün əsaslı stimul yaradır.
Bu gün ölkəmizdə mədəniyyət və incəsənət sahəsində kadr hazırlığı məsələsi də diqqət mərkəzindədir. Mədəniyyət və İncəsənət Universiteti, Musiqi Akademiyası, Milli Konservatoriya, Rəssamlıq Akademiyası hər il yüzlərlə kadr hazırlayır.
Mən rəssamam və Rəssamlıq Akademiyasında çalışıram. Bu akademiya ulu öndərin 2002-ci ildə xüsusi fərmanı ilə yaradılmışdır. Bu gün burada yeni ixtisaslar açılmış, Azərbaycanın görkəmli rəssamları tədrisə cəlb olunmuşlar. Son vaxtlar akademiyanın yeni korpusu inşa edilmiş, köhnə bina isə əsaslı təmir olunmuşdur. Tədrisin təşkili üçün burada hər cür şərait yaradılmışdır. Xüsusi laboratoriyalar, sərgi salonu istifadəyə verilmişdir. Burada Azərbaycan rəssamlarının yeni nəsli yetişməkdədir. İndi tez-tez tələbələrin yaradıcılığına həsr olunan sərgilər keçirilir, onların əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanır.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanın mədəni həyatı gələcəkdə daha zəngin olacaq, ölkəmiz yüksək inkişaf etmiş mədəniyyət diyarına çevriləcəkdir.

{nl}

Cəlil HÜSEYNOV, xalq rəssamı, professor

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında