Milli Kitabxanada "Bərdə və bərdəlilər" kitabının təqdimatı keçirilib

Dünən Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə M.F. Axundov adına Milli Kitabxanada "Bərdə və bərdəlilər" kitabının təqdimat mərasimi olmuşdur. Kitabxananın direktoru Kərim Tahirov tədbiri giriş sözü ilə açaraq bu kitabın Azərbaycanın ən qədim və şöhrətli şəhərlərindən biri olan Bərdənin tarixinə, maddi mədəniyyət abidələrinə və görkəmli şəxsiyyətlərinə həsr olunduğunu bildirdi. Dedi ki, kitabda həmçinin Bərdə və bərdəlilər haqqında elmi, texniki, publisistik ədəbiyyatın biblioqrafiyası verilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Firudin Qurbanov Milli Kitabxananın Kitab Fondunun müdiri, kitabın tərtibçisi, əməkdar mədəniyyət işçisi Xuraman İsmayılovanın kitabın hazırlanmasındakı uğurlu yaradıcı əməyinin nazir Əbülfəs Qarayev tərəfindən Fəxri fəmanla təltif edildiyini bildirdi. Tədbirdə daha sonra çıxış edən AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev Azərbaycan tarixində xüsusi yeri olan Bərdənin tarixi inkişaf mərhələləri, orta əsrlər Azərbaycan dövlətçiliyindəki danılmaz rolu, milli mədəniyyət xəzinəmizə verdiyi qiymətli töhfələr barədə geniş məlumat verdi. Əslən bərdəli olan yazıçı-publisist Yusif Kərimov kitabın məziyyətləri barədə danışarkən tanınmış kitabxana işçisi Xuraman İsmayılovanın gərgin əməyini qeyd edərək bu qəbildən olan nəşrlərin gələcəkdə davam etdirilməsinin zəruri olduğunu vurğuladı.
Sonda kitabın tərtibçisi X.İsmayılova kitab üzərində böyük məhəbbətlə və dərin məsuliyyət hissi ilə işlədiyini və onun əməyini qiymətləndirən hər kəsə təşəkkürünü bildirdi. Qeyd edək ki, "Nərgiz" nəşriyyatında işıq üzü görmüş bu kitab tədqiqatçı alimlər, kitabxana-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.{nl}

Məsaim ABDULLAYEV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında