Bakıda kino çəkilir

İddialı yaradıcı heyət filmin tamaşaçılarını heyrətə salacağına inanır...
Azərbaycanda yeni bədii filmin çəkilişlərinə başlanılır. Filmin prodüsseri Sirac Mustafayevin verdiyi məlumata görə, tammetrajlı psixoloji trillerdə Azərbaycanın tanınmış aktyor və aktrisaları da rol alıb.
Filmin prodüsseri aktyor heyətini açıqlamasa da, onlardan bir neçəsinin adını çəkdi. Məsələn, xalq artisti Rasim Balayev qəhrəmanın atası rolunda, "Mosfilim"in tanınmış aktrisası Mariya Kunax baş rollardan birində çıxış edəcək.
Xatirladaq ki, Mariya Kunax Rusiyanın ən aprıcı rejissorlarından olan Stanislav Qavaruxinin, Pankratov Belinin, Aleksey Çadovun filmlərində yer alıb.
Prodüsserin sözlərinə görə, gənc yazar Nicat Qafuroğlunun "Ultionis" romanı əsasında yazılan ssenari artıq hazırdır. Ssenari müəllifləri Nicat Qafuroğlu və publisist-yazar Ceyhun Musaoğludur.
Nicat Qafuroğlunun rejissorluğu ilə çəkiləcək film 3 dilə - Azərbaycan, ingilis və rus dillərinə tərcümə olunaraq səsləndiriləcək.
Sirac Mustafayev həmçinin bildirdi ki, əsas hədəfləri nüfuzlu beynəlxalq festivallarda Azərbaycanı təmsil etməkdir.

{nl}

Kəmalə TƏYYARQIZI

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında