Azərbaycan Dövlət Rus Dram Teatrının 90 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 90 illik yubileyi qeyd olunmuşdur.
Mərasim 90 illik yubileyini qeyd edən teatrın yaradıcı heyətinin şən mahnı sədaları və şux rəqslərlə səhnəyə çıxması ilə başlanmışdır.
Teatrın baş rejissoru, xalq artisti Aleksandr Şarovski yubiley mərasimində çıxış edərək mədəniyyət ocağının tarixi və bu günü haqqında ətraflı məlumat vermişdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev teatrın kollektivinə dövlətimizin başçısı İlham Əliyevin təbrik məktubunu oxumuş, Prezidentin sərəncamı ilə fəxri adlara layiq görülən teatrın aktyorlarına mükafatları təqdim etmişdir.
Tədbirdə Rusiya Federasiyası Prezidenti Administrasiyanın adından da təbrik məktubu oxunmuşdur. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Daroxin teatrın kollektivini şeirlə, Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu isə ifası ilə təbrik etmişlər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rektoru, xalq artisti Fərhad Bədəlbəyli yubiley iştirakçıları üçün royalda yaddaqalan kompozisiya ifa etmişdir.
Azərbaycanın digər teatr kollektivləri də 90 yaşını təntənəli şəkildə qeyd edən qocaman mədəniyyət ocağını təbrik etməyə gəlmişlər. Onlar Rus Dram Teatrının səhnəsində öz məharətlərini nümayiş etdirmişlər.
Sonda teatr kollektivi oynadıqları tamaşalardan səhnələr göstərmişlər.
Yubiley tədbirində Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə yanaşı, bir sıra ölkələrdən qonaqlar da qatılmışlar.
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva, xarici işlər nazirinin müavini Mahmud Məmməquliyev tədbirdə iştirak etmişlər.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında