Üçüncü Türk Dünyası ədəbiyyat dərgiləri konqresi

Məlum olduğu kimi, Avrasiya Yazarlar Birliyi və TÜRKSOY-un müştərək təşkil etdikləri III Türk Dünyası ədəbiyyat dərgiləri konqresi (14-16 dekabr 2010) Ankarada keçirildi. TİKA-nın dəstəyi ilə reallaşan bu konqresə 16 müxtəlif ölkə və bölgələrdən 29 ədəbiyyat dərgisi qatılmışdı.
TÜRKSOY-un Baş katibi Duysen Kaseinov və Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlunun açılış nitqləri ilə TÜRKSOY salonunda öz işinə başlayan konqresdə Azərbaycan, Başqırdstan, Bolqarıstan, Hollandiya, İran, Qaraçay-Balkar, Qazaxıstan, İraq, Qırğızıstan, Krım, KKTC, Kosovo, Özbəkistan, Rumıniya, Türkmənistan, Türkiyə və s. öndə gedən ədəbiyyat dərgilərinin baş redaktorları və ya müavinləri iştirak edirdilər.
Açılış nitqlərindən sonra konqresə Bağdaddan qatılan İraq türkmənlərinin mədəniyyət çinarı sayılan "Kardaşlık Dergisi"nın baş redaktoru prof. dr. Məhəmməd Ömər Kazancı "50 ildönümündə "Kardaşlık Dergisi" və İraqda türkmən ədəbiyyatı" mövzusunda məruzə ilə çıxış etdi.
Konqresdə türk respublikalarının müstəqilliklərinin 20-ci ildönümünə son iyirmi ildə Türk Dünyasında ədəbi irəliləyişləri özündə əks etdirən "Müstəqillik dövründə ədəbiyyat kitabı" adlı bir toplunun nəşri də qərarlaşdırıldı. Həmin kitabın Azərbaycanda nəşr olunan "Dünya Ədəbiyyatı" dərgisinin baş redaktoru, istedadlı şair-tərcüməçi Səlim Babullaoğlunun redaktorluğu ilə hasilə gəlməsi də müəyyənləşdirildi.
III Türk Dünyası ədəbiyyat dərgiləri konqresi hər il təqdimatını elan etdiyi "Türk Dünyasında İlin Ədəbiyyat Adamı" mükafatını bu il Türkiyənin tanınmış şairi və "Kardeş Kalemler" dərgisinin baş yayın təmsilçisi şair Əli Akbaşa verdi. Qeyd edildi ki, 2011-ci il ərzində konqres üzvü dərgilərdə imkan daxilində onun əsərlərinin nəşr olunmasına şərait yaradılsın. Qərara alındı ki, konqres gələn il KKTC-də "Durnalar" dərgisinin ev sahibliyi ilə, 2012-ci ildə isə Türk Dünyası Mədəniyyət Paytaxtı elan edilən Qazaxıstanın Astana şəhərində keçirilsin.
Ədəbiyyat dərgiləri arasında əlaqələri inkişaf etdirmək, təcrübələri paylaşmaq, əməkdaşlıq imkanlarını müzakirə, qarşılıqlı nəşr mübadiləsini artırmaq, xalqların biri-birilərini daha yaxından tanımalarına nail olmaq və beləliklə, bölgədəki dostluq və qardaşlıq duyğularının sıxlaşdırılmasına nail olmaq məqsədi ilə əlaqələr müntəzəm xarakter daşısın.
Dərgilərin nümayəndələri ölkələrindəki yeni ədəbi inkişafları konqres iştirakçıları ilə paylaşdıqdan sonra müzakirələrə keçilmişdi. Aparılan danışıqlarda 14 bənddən ibarət qarşılıqlı əlaqələr zəminində vacib və ciddi əhəmiyyət kəsb edən qərar qəbul edilmişdir.
Məsələn, gələcək konqresə, Sibirdə yaşayan türk xalqlarının ədəbiyyat dərgiləri başda olmaqla iştirakların artırılması üçün səy edilməsinə, bütün iştirakçı dərgilərin dəstəyi ilə Avrasiya Yazarlar Birliyi tərəfindən Türk Dünyasındaki ədəbiyyat xəbərlərinin yayılması üçün Ədəbiyyat Xəbər Agentliyi qurulması işlərinin başlamasına, konqresə qatılan dərgilərin yaradılacaq bir internet portalında ortaq təqdimat işlərinin aparılmasına, Türk xalqlarının ədəbiyatlarından bir-birinə çevrilən yazılarla birlikdə istər türk dillərindən dünya dillərinə, istərsə də dünya dillərindən türk dillərinə tərcümə edilmiş əsərlərə də bu portalda iştirak etməsi və s. kimi məsələlər gündəmə gətirilmişdir.
III. Türk Dünyası ədəbiyyat dərgiləri konqresi öz işini uğurla bitirmişdir.

{nl}

Almaz ÜLVİ "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında